23 Noyabr 2019 13:12
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benzinin qiymətində 50 faiz bahalaşmadan sonra etirazların gücləndiyi İranda internetin kəsilməsi səbəbindən məlumatlara çıxış mümkünsüzləşib.

Teleqraf.com xəbər verir ki, dünya İrandakı hadisələri yalnız bu ölkənin rəsmi xəbər agentliklərindən öyrənir.

Ancaq BBC-nin fars xidməti günlər sonra İran küçələrindəki görüntüləri dünyaya çatdırıb. Paytaxt Tehranda çəkildiyi bildirilən görüntülərdə küçələrdə qarmaqarışıqlığın olduğu, təhlükəsizlik güclərinin xalqa sərt müdaxilə etdiyi öz əksini tapıb.


Müəllif: Cavad

Oxşar xəbərlər