11 Sentyabr 2020 12:23
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qısa müddətdə İraqdakı və Əfqanıstandakı əsgər sayını azaldacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki mətbuat konfransında açıqlayıb.

Tramp tərəflər arasında sülh danışıqlarına başlamaq üçün Dövlət katibi Mayk Pompeonun Qətərin paytaxtı Dohaya gedəcəyini açıqlamaqdan məmnun olduğunu deyib:

"Fevralın əvvəlindən bəri uzun müddətdir Əfqanıstanda heç kim öldürülməyib. Burada çox böyük irəliləyiş əldə etmişik. Əfqanıstandakı qoşunlarımızın sayını qısa müddətdə 4 minə, eynilə İraqdakı həbçi sayımızı da 2 minə endirəcəyik”.

Tramp Suriyada nefti qorumaq üçün az sayda əsgərlərin olduğunu bildirib: "İndi hərbçilərimiz nefti və kürdləri qoruyur. Onların həyatını daha da yaxşılaşdırırıq, çünki orada neft var”.

Tramp 3 noyabr prezident seçkilərində qalib gələcəyi təqdirdə İranla qısa müddətdə razılaşma müqaviləsi imzalayacaqlarını da deyib:

“Fələstin də barışmaq üçün masaya otumağa ümid edirdi. ABŞ Fələstin üçün ildə 750 milyon dollar xərcləyirdi. Amma mən bu fonda bir müddət əvvəl son qoydum. Çünki fələstinlilər barışmaq istəmirdilər. Taliban, Əfqanıstan və onların nümayəndələri ilə çox yaxşı münasibət qururuq".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər