22 Oktyabr 2014 13:38
2 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə evil qadını sevən gənc intihar edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Balıkəsirdə baş verib. Səlahəddin A. sevgisinə qarşılıq almadığı evli qadını avtomobilə mindirməyə çalışıb. Qadını razı sala bilməyən oğlan polisi görüncə tapançası ilə intihar edib.

Polisin verdiyi məlumata görə, Səlahəddin bir müddət əvvəl məhəllədəki dükanda işləyən evli və 2 uşaq anası olan F.Ç-yə aşiq olub. Sevdiyi qadından qarşılıq görməyən Səlahəddin axşam saatlarında F.Ç-nin yolunu kəsib. O, qadının 10 NT 458 nömrəli avtomobilinə minməsini istəsə də, “yox” cavabı alıb. Qadının çağırışı ilə tezliklə hadisə yerinə polis gəlib.

Polis əməkdaşını görən aşiq Səlahəddin.A tapança ilə öz başından vurub. Hadisə yerində həyatını itirən Səlahəddin A.-nın cəsədi Bandırma Dövlət Xəstəxanasının morquna göndərilib.

F.Ç isə ifadəsi alınmaq üçün polis mərkəzinə aparılıb. Hadisə ilə əlaqədar istintaq prosesi başlayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər