Sofiyada noyabrın 3-də Prezident Administrasiyasının qarşısında özünü yandıran 38 yaşlı qadın dünyasını dəyişib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, o, Bolqarıstanın paytaxtında Prezident Administrasiyasının qarşısında üstünə benzin tökərək özünü yandırıb. Həkimlərin bildirdiyinə görə, onun bədəninin təxminən 90 %-i yanıb. İlkin məlumatlara görə, zərərçəkmişin maliyyə problemləri olub.
Bolqarıstan mediasının xəbərinə görə, hadisə Bolqarıstan prezideneti Rosen Plevneliyevin Prezident Administrasiyasında Vətənpərvərlər Cəbhəsinin nümayəndələrinı qəbul etdiyi saatlarda baş verib.
Nihad