22 Noyabr 2021 17:11
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Tehran Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinə iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir.

Teleqraf.com xəbər verir ki, bu mövqeyini İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin dünən Tehrana səfərini şərh edən İran XİN-in sözçüsü deyib ki, Azərbaycan dövlət rəsmisinin ziyarətinin daha əvvəl üzərində razılaşdırılan layihələrin həyata keçirilməsi üçün edildiyinə vurğu edib:

“Hər iki tərəfin qətiyyətli mövqeyi ilə mətbuatla bağlı yaranan arzuolunmaz və lazımsız gərginliyi geridə qoyduq. İranla Azərbaycan arasında münasibətlər yeni dövrə qədəm qoyub və bu səfər də ona uyğun həyata keçirilib. Gələcəkdə səfərlər müxtəlif səviyyələrdə davam edəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər