23 Avqust 2022 16:41
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Pekindəki səfiri Nikolas Börnsün Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı açıqlamasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, XİN-in bəyanatında səfərin bu fikirlərinin ABŞ-ın “təhrif edilmiş hegemon məntiqi”ni əks etdirdiyi deyilib.

Bəyanatda Çin tərəfinin Pelosinin səfərindən əvvəl müxtəlif səviyyələrdə dəfələrlə ciddi etirazlarını bildirdiyi, səfərin zərər və nəticələri ilə bağlı xəbərdarlıq edildiyi vurğulanıb:

“Tayvan boğazında sülh və sabitliyə zərər verən ABŞ-dır. Buna baxmayaraq, təxribat və gərginliyin artmasına görə Çini günahlandırmağa çalışır. Çinin suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə pozan və onun “qırmızı xətt”inə toxunan ABŞ-dır, bununla belə, Çini həddindən artıq təpki göstərməkdə və böhran yaratmaqda ittiham edir. Burada məsuliyyətsiz hərəkət edən Çin deyil, Pelosi və ABŞ hökumətidir”.

Amerikalı səfir bundan əvvəl CNN-ə müsahibəsində belə demişdi:

“ABŞ-Çin münasibətlərində gərginliyin yaranması səbəbinin Nümayəndələr Palatası sədrinin Tayvana səfəri ilə bağlı olduğuna inanmırıq. Bu, Pekinin uydurduğu gərginlikdir, onun həddindən artıq verdiyi təpkidir”.


Müəllif: Mənsur Rəğbətoğlu