4 May 16:56
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub.

Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb.

Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğunu qeyd edən NATO rəsmisi tərəflər arasında fəal siyasi dialoqun olduğunu vurğulayıb: "O vaxtdan bəri biz fəal siyasi dialoq və praktiki əməkdaşlıq vasitəsilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq. Xüsusilə Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə töhfələrini alqışlayırıq".


Müəllif: Teleqraf.com