24 Sentyabr 2022 12:28
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təşkilatı PKK Türkiyəyə çalışdığını iddia etdiyi bəzi şəxsləri edam etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, yerli mənbələr təşkilatın işgəncə altında edam edilən şəxslərdən etiraflar aldığını bildirib.

Türkiyənin Suriyada PKK-ya qarşı dronlarla birlikdə həyata keçirdiyi uğurlu əməliyyatlarla təşkilatın başçılarını aradan qaldırması terrorçuların planlarını pozub. Bölgədə cəsus ovu başladan təşkilat ötən iyulun sonunda “Türkiyə üçün cəsusluq” etdiyini iddia etdiyi şəxslərə qarşı “And əməliyyatı” başladıb. Bu çərçivədə 36 nəfər həbs olunub. Əməliyyat Qamışlı, Haseki, Deyr əz-Zor, Rakka, Tel Tamr, Şəddadi, Ayn Əl Ərəb və Menbicdə keçirilib. İkisi qadın olmaqla 8 nəfər “Türkiyə ilə işləyirik” şər-böhtanı ilə edam cəzasına məhkum edilib.

Sentyabrın 10-da Hələbin şimalında 90-a yaxın adam Türkiyəyə işləmək və casusluq ittihamı ilə həbs olunub.

Sentyabrın 11-də keçirilən qondarma məhkəmədə Türkiyə ilə işlədikləri etiraf edilən 13 nəfər edam cəzasına məhkum edilib. Yerli mənbələr işgəncə altında saxlanılan şəxslərdən etirafların zorla alındığını təsdiqləyib. Edam cəzasına məhkum edilənlərdən iki gənc ötən gün ictimaiyyət qarşısında edam edilib. Edam zamanı həlak olan terrorçuların ailələri də orada olub.


Müəllif: Nemət