29 Aprel 20:12
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ölkələrində PKK terror təşkilatının simpatizanlarının sayı Qəndildəkindən (İraq) çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Nədim Şənər məlumat verib.

Jurnalist bütün Avropa ölkələrində belələrinin ümumi sayının 100 minə çatdığını bildirib.

“PKK tərəfdarları təşkilatın əmri ilə hərəkətə keçib şəhərləri yandıra bilərlər”, - Şənər qeyd edib.

Türkiyəli jurnalistə görə Avropa ölkələrində PKK simpatizanlarının sayı:

Almaniya - 20 min

Fransa - 20 min

İsveçrə - 15 min

Hollandiya - 10 min

Belçika - 8 min

Avstriya - 6 min

İngiltərə - 5 min

İsveç və Danimarka - 4 min

Rusiya - 3 min

İtaliya və Norveç - 1000.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər