16 May 12:15
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu çərçivədə, Göygöl rayonunun Qızılqaya qəsəbəsi və Gədəbəy şəhəri ərazisində vətəndaşlar tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq Göygöl və Gədəbəy Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər