15 May 19:34
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Onun öz ərizəsi ilə işdən çıxarıldığı bildirilir.

Qeyd edək ki, A.Sabitova 2012-ci ildə Ədliyyə qulluğuna qəbul olunaraq müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2018-ci ildə İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi vəzifəsinə təyin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər