15 May 20:09
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada "Ayhan Bora Kaplan" istintaqı çərçivəsində daha 4 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən 3 polis rəisi və Ankara Polis İdarəsinin 1 komissarı həbs olunub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk millətçilərinin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyə xüsusi xidmət orqanlarının rəhbərliyi ilə təcili görüş keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər