15 May 17:46
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan ABŞ-nin bəyanatlarından xəbərdardır və hesab edir ki, Vaşinqton Çabahar limanı haqda çox düşünməməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyan Cayşanxar ABŞ Dövlət Departamentinin Çabaharın birgə istifadəsinə dair Dehli ilə Tehran arasındakı razılaşmanın sanksiyalardan kənarda qalmayacağı ilə bağlı bəyanatını şərh edərkən deyib.

Nazir qeyd edib ki, ABŞ əvvəllər Çabaharın böyük əhəmiyyət kəsb etməsi faktını yüksək qiymətləndirib və Hindistan bu layihə üzərində çalışacaq:

“Çabahar limanı ilə bağlı uzun illərdir müzakirə aparırdıq, amma heç vaxt uzunmüddətli müqavilə imzalaya bilməmişdik. Nəhayət, bunu bağlaya bildik. Uzunmüddətli müqavilə lazımdır, çünki bu limanın işini təkmilləşdirmək asan deyil. İnanırıq ki, limanın fəaliyyəti bütün regiona xeyir verəcək”.

Mayın 13-də Hindistan İranla Çabahar limanının idarə edilməsinə dair saziş imzalayıb. Müqaviləyə əsasən Dehli ilk dəfə olaraq xarici limanın idarəçiliyini öz üzərinə götürüb. Müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik olaraq yenilənəcək.

Məlumata görə, Çabahar limanını icarəyə götürən Hindistan yükləri Azərbaycan üzərindən Rusiya və əks istiqamətdə daşıyacaq, həmçinin bu çərçivədə Dehli ilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər