15 May 16:35
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya yepiskop Baqrat Srbazanın (Vazgen Qalstanyan) rəhbərlik etdiyi hərəkatı bir sıra səbəblərə görə dəstəkləmir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyalarına dəstək verməyəcəyindən arxayındır.

Danielyanın fikrincə, Rusiyanın etirazları dəstəkləməməsi bir sıra amillərlə əlaqəlidir:

“Rusiya hərəkatı dəstəkləsə, uğur qazanacağı təqdirdə Ermənistan qarşısında məsuliyyəti öz üzərinə götürməli olacaq, indi buna hazır deyil. Nə qədər ki Ukrayna münaqişəsi və Qərblə elan olunmamış müharibə davam edir, Rusiya Ermənistana görə Türkiyə, Azərbaycan və ümumilikdə türk dünyası ilə münaqişəyə girə bilməz.

İkincisi, Rusiya bilavasitə daxili siyasi mübarizəyə cəlb olunarsa, bu, KTMT ölkələrində Kremlə mənfi münasibət formalaşdıracaq. O zaman belə bir təəssürat yaranacaq ki, bu, onların daxili siyasi məsələlərində də mümkündür və bu, həmin ölkələr üçün belə bir siyasətin başlanğıcı kimi qiymətləndiriləcək və dövlətlərarası münasibətlərdə gərginlik yaradacaq.

Ümumiyyətlə, bugünkü Rusiya elə siyasət aparır ki, başqa ölkələrin daxili problemlərini öz üzərinə götürmür. Məsələn, fələstinliləri dəstəkləyir, amma hesab edir ki, bu, ilk növbədə ərəblərin problemidir və ilk addımı ərəb ölkələri atmalıdır. Eyni şey Serbiya və digər ölkələrə də aiddir. Bu, Ermənistana da aiddir, hakimiyyət dəyişikliyi bizim problemimizdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər