15 May 19:46
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

Teleqraf.com xəbər verir ki, paylaşımda deyilir:

"Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Baş nazir Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə sağalmağı arzulayıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər