15 May 17:54
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xarkov vilayəti istiqamətində ağır döyüşlər gedir, Rusiya qoşunları quru və havadan hücumlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov müdafiə qüvvələrinin komandanı, general Sergey Melnik məlumat verib.

“Ukrayna müdafiə qüvvələri öz resurslarında daha səmərəli istifadə etmək və bölgəni hücumdan qorumaq üçün bəzi ərazilərdə, Vovçansk və Lukyantsı yaxınlığında daha sərfəli mövqelərə çəkilmək məcburiyyətində qalıb”, - general vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Xarkov vilayətinin Buqrovatka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb. Ümumilikdə, son günlərdə vilayətin 15-ə yaxın kəndinin ruslar tərəfindən ələ keçirildiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu