17 May 11:37
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Qarnik Danielyan bildirir ki, keşiş Baqrat Qalstanyan baş nazir postuna ən məqbul namizəddir, bunun üçün konstitusiyadan müvafiq qadağanı çıxarmaq lazımdır. Belə qeyri-ciddi yanaşmaları ciddiyə almamağı tövsiyə edirəm.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədr müavini Hayk Sukiasyan deyib.

Onun fikrincə, deputatın konstitusiyada hansı qadağanı nəzərdə tutduğunu ayırd etmək lazımdır: ölkəni dini monarxiyaya çevirmək, yoxsa ikili vətəndaşlıq məsələsini həll etmək.

Sukiasyanın fikrincə, revanşistlər uğursuzluğa düçar olduqlarını anladıqları üçün heç kimdən inam və hörmət görmürlər, məzmunsuz çıxışlar etməyə məcbur olurlar:

“Onların bir funksiyası var: Rusiyanın diktəsi ilə nəyin bahasına olur-olsun Ermənistanda çevrilişə getmək. Bu səbəbdən hər gün qışqırıb mənasız şeylər elan edirlər. Ruhları, dövlətçilik anlayışları yoxdur, fiziki cəhətdən də sıradan çıxıblar. Deyirlər ki, Baqrat baş nazirdir. Ermənistanı dini dövlətə çevirmək, hamıdan təcrid etmək, ağaları Rusiyaya təslim etmək istəyirlər. Sabah elan etsələr, təəccüblənmərəm ki, konstitusiyanı dəyişdiririk ki, Tanrı göydən enib Ermənistanı idarə eləsin”.

Partiya rəsmisi Baqrat Qalstanyanı axmaq adlandırıb:

“Baqrat İrəvana gəldi, qarşısında bir az çox adam gördü, fikirləşdi ki, artıq baş nazirdir, istefa tələb etməyə başladı. Gördü ki alınmır, ağlını itirdi, indi də o halda küçələrdə dolaşır, qışqırır. Artıq arxasında 100 nəfər qalıb, yenə də nəyisə dəyişəcəklərinə ümid bəsləyirlər. Əslində onların baş nazirliyə namizədi Putindir, amma keçmiş prezidentin (Robert Köçəryan) adını baş nazirliyə namizəd kimi dövriyyəyə buraxmaq qərarına gəldilər, nəticədə xalq onlardan uzaqlaşdı. Ölkəni dağıtmaq istəyirlər, xalq da bunu gördü və indi ölkəni bu adamlardan xilas etmək istəyir”.

Revanşistlər konstitusiyanın dəyişdirilməsi və Qalstanyanı baş nazirliyə namizəd kimi görməkdən nə qədər danışsalar da, Sukiasyanın sözlərinə görə, Qalstanyan Ermənistan vətəndaşlığından imtina edər, nəinki Kanada vətəndaşlığından.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər