17 May 12:17
3 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistanda baş verən daxili siyasi proseslərlə bağlı açıqlaması birbaşa ölkənin daxili işlərinə qarışmaqdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Edqar Arakelyan deyib.

“Zaxarovanın açıqlaması bir daha və qəti şəkildə sübut etdi ki, hazırda Ermənistanda gedən qondarma müxalif proseslərin arxasında kim dayanır və mənim Zaxarovanın həm siyasi, həm də insani cəhətdən müdafiə etdiyi insanlara (revanşistlər) yazığım gəlir”, - politoloq bildirib.

Arakelyanın fikrincə, Rusiya rəsmisinin Ermənistanda baş verən hadisələrə siyasi qiymət vermək və müxalifətə qarşı “repressiya”dan istifadə edildiyini bəyan etmək hüququ yoxdur.

Onun sözlərinə görə, Rusiyanın özündə müxalifət yoxdur, orada müxaliflər ya küçədə, ya da həbsxanada öldürülür: “Düşünürəm ki, xanım Zaxarovanın belə hadisələrdən, təzyiqlərdən, zorakı və ya qeyri-zorakı üsullardan danışmağa mənəvi haqqı yoxdur”.

Arakelyana görə, Zaxarovanın açıqlaması bir daha sübut edir ki, bu gün hakimiyyətə etiraz edən qüvvələri Rusiya yönəldir və onlara rəhbərlik edir:

“Təəssüf ki, erməni kilsəsinin başçısı (II Qaregin) və digər din xadimləri həmin gücün (Rusiya) nümayəndələridir. Kilsə bu proseslərə girdiyi üçün siyasi partiyaya çevrildi və bütün bu açıqlamalar kilsəyə verilən siyasi qiymətlərdir. Zaxarovanın bəyanatı Ermənistanın daxili siyasi işlərinə birbaşa müdaxilədir. Bundan sonra daha birbaşa müdaxilə ola biləcək yeganə şey odur ki, şəxsən gəlib bu proseslərdə din xadimləri ilə birgə iştirak etsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər