17 May 12:10
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxanın terror aktı səbəbilə təxirə düşən Moskva konserti baş tutub.

Teleqraf.com xəbər verir ki, məşhur müğənni Vegas City Hall-da sevənlərinin qarşısına çıxıb. Xalq artisti “Sold Out” olan musiqili gecədə iki saata yaxın səhnə alıb, onlarla hitlərini pərəstişkarlarına təqdim edib.

Bu dəfə də anşlaq və tamaşaçıların alqışları ilə keçən konsertdə müğənni canlı proqramla çıxış edib.

Müğənni gecəboyu dinləyicilərlə ünsiyyət quraraq onlarla zarafatlaşıb, mahnı istəklərini dəyərləndirib.

Tədbirin aparıcısı Rusiyada yaşayan həmyerlimiz Sultan Prince olub.

Qeyd edək ki, sənətçi mayın 18-də Sumqayıtda solo konsert verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər