16 Noyabr 08:04
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ -ın yeni seçilmiş prezidenti Donald Tramp milyarder Daq Berqumu daxili işlər naziri vəzifəsinə, eləcə də ABŞ Milli Enerji Şurasının rəhbəri vəzifəsinə təyin edəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Şimali Dakota qubernatoru Duq Burqumun daxili işlər naziri və yeni yaradılmış və çox vacib Milli Enerji Şurasının sədri kimi administrasiyama qoşulacağını elan etməkdən məmnunam”, - Tramp deyib.

İddia olunur ki, şura bütün enerji mənbələrinin, ilk növbədə ənənəvi olanların istehsalının artırılmasına nəzarət edəcək.




Müəllif: Arzu

Oxşar xəbərlər