Ermənistan tərəfinin bəyanatları sübut edir ki, İrəvan KTMT-nin bütün formatlarından geri çəkilir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin İrəvanın noyabrın 28-də keçiriləcək KTMT sammitində iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Diplomatdan Ermənistanın qarşıdakı KTMT tədbirlərində, o cümlədən liderlərin görüşündə iştirak etmək imkanının olub-olmadığı soruşulub:
“Sualı erməni tərəfinə yönəldin. Amma Ermənistan tərəfinin bəyanatlarına əsaslansaq, indiki mərhələdə KTMT-nin fəaliyyətinin bütün formatlarında iştirakdan tamamilə imtina edir”.