Rusiyanın “Rosoboroneksport” şirkəti Su-57-lərin Çin əjdahasına (xəyali personaj) şəhəri təyyarələr, helikopterlər və PUA-ların hücumlarından qorumağa kömək etdiyi reklam çarxını təqdim edib.
Teleqraf.com xəbər verir ki, video qurumun rəsmi Teleqram kanalında yerləşdirilib.
Kadrlarda əjdaha ABŞ-ın “Bell 360 Invictus” modelinə bənzəyən helikopterləri məhv edir.
Ardınca səmada daha böyük təhlükələr yaranır, yəni PUA və qırıcılar görünməyə başlayır. Videoda əjdahanın yandırdığı hədəflərdən bəziləri Ukraynanın istifadə etdiyi “Bayraktar TB2” (Türkiyə istehsalı) pilotsuz təyyarələrinə bənzəyir.
Ukraynalı hərbi analitik Yiqal Levin Rusiya şirkətinin təbliğat videosunu “qeyri-ciddi və gülməli” adlandırıb. Onun fikrincə, bunu hazırlayanlar kompüter oyunlarından ilhamlanıblar.
Videonu təqdim edirik: