16 Noyabr 20:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda yerləşən Mavi zonanı ziyarət edib.

Teleqraf.com xəbər verir ki, klubun rəsmisi Mavi zonadakı pavilyonlarla tanış olub və oradakı insanlarla fikir mübadiləsi aparıb.

O, pavilyonda xalça da toxuyub. Laportanın bu görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər