Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolz arasında baş tutan telefon danışığının bəzi təfərrüatları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, kanslerin Rusiya başçısına telefon zəngi Qərb liderləri və Ukrayna Prezidenti Vladimir Zelenski ilə razılaşdırılıb.
“Danışıqlar zamanı Şolz ABŞ-da keçirilmiş prezident seçkiləri fonunda Rusiya prezidentindən danışıqlara başlamağa hazır olub-olmaması barədə məlumat almaq istəyib. Həmçinin Almaniya kansleri Ukraynada davam edən müharibənin sülh yolu ilə həllində maraqlı olduğunu göstərməyə çalışır”, - məqalədə deyilir.