Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezident seçkilərində qalib gələn Donald Trampa zəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.
Telefon danışığında Paşinyan Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və ona Ermənistanla ABŞ arasında son illər münasibətlərin inkişafı, eləcə də hazırkı vəziyyəti barədə məlumat verib.