16 Noyabr 17:06
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran oktyabrda İsveçrə diplomatları vasitəsilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı öldürməyə çalışmayacağına dair Vaşinqtona yazılı mesaj göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Mesaj Bayden administrasiyası İsveçrə vasitəsilə Trampa qarşı sui-qəsd cəhdlərini müharibə aktı kimi qiymətləndirəcəkləri barədə xəbərdarlıq göndərdikdən sonra gəlib.

İran və ABŞ arasında rəsmi diplomatik əlaqələr olmadığı üçün İsveçrə Tehranda Vaşinqtonun diplomatik maraqlarını təmsil edir.

İyul ayında Bayden administrasiyası İranın Trampa sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatı aldığını açıqlamışdı. Bu məlumat məxfi xidməti Trampın təhlükəsizlik tədbirlərini gücləndirməyə sövq edib. Ötən həftə ABŞ Ədliyyə Departamenti Trampa sui-qəsd hazırlayan iranlıya qarşı ittiham irəli sürüb.

İstintaq materialında deyilir ki, həmin şəxs oktyabrın ortalarında Trampa sui-qəsd planı hazırlamaq üçün İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) təlimat alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər