"Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ordusunun cəbhədəki problemləri fonunda ümidsiz şəkildə dəstək axtarır".
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun keçmiş müşaviri , İsveçrə Baş Qərargahının istefada olan polkovniki Jak Bo "Dialogue Works" "YouTube" kanalına müsahibəsində deyib.
"Ukraynada vəziyyət son dərəcə çətinləşib. Vladimir Zelenski ümidsiz şəkildə dəstək axtarır", - Bo qeyd edib.
Keçmiş NATO müşaviri qeyd edib ki, Zelenski daha çox yardım almaq üçün avropalılara “tələsməyə” məcburdur. Bundan əlavə, Ukrayna prezidenti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kiyevə doğru gələcək addımlarından ehtiyatlanır , Bo əlavə edib.