Döyüş əməliyyatlarının gedişindən asılı olmayaraq, münaqişənin bütün tərəfləri mülki əhalinin təhlükəsizliyini təmin etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik Ukraynanın Rusiya Federasiyasına uzaqmənzilli raketlərlə zərbə endirməsinə icazə verilməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.
"Bütün tərəflər harada olurlarsa olsunlar, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməlidirlər" - o, qeyd edib.