ABŞ-ın Ukraynaya Rusiya ərazisinə zərbə endirməsinə icazə verməsi ilə məsuliyyətsizlikdir.
Teleqraf.com xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko deyib.
“Bu, Amerika administrasiyasının verdiyi məsuliyyətsiz qərardır”, - Fiko bildirib.
Onun sözlərinə görə, bu qərar Qərbin Ukrayna münaqişəsini diplomatiya yolu ilə bitirmək istəmədiyini sübut edir. Baş nazir qeyd edib ki, ABŞ sadəlövhcəsinə bir neçə uzaqmənzilli raketlərin Rusiya üçün cəbhədəki vəziyyəti və qüvvələr balansını dəyişdirəcəyinə inanır.