Rusiya Ukraynanın NATO-ya qoşulmaq məqsədindən imtina etməsini tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumatlı mənbələrə istinadla yazır.
Nəşr bildirir ki, Rusiya lideri Vladimir Putin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trumpla Ukraynada atəşkəs haqqında razılaşmanı müzakirə etməyə hazırdır: “Amma o, ciddi ərazi güzəştlərini istisna edir və Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsini istəyir”.
Agentliyə açıqlamasında beş rəsmi söyləyib ki, Kreml ümumilikdə cəbhə xətti boyunca münaqişənin dondurulmasına razı ola bilər.