"Azərbaycanda 2000-ci ildə qadın məsləhətxanaları və qadın məsləhətxanası olan tibb müəssisələrinin sayı 313 idi. 2023-cü ildə isə bu say 3 dəfə azalaraq 106-ya düşüb".
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Hicran Hüseynova deyib.
O bildirib ki, ölkədə ana və körpə ölümlərinin, abortların sayı artıb: “Bu sahədə peşəkar kadrların hazırlanmasına ehtiyac var. Xüsusən kənd yerlərində peşəkar şəxslərin işləməsi məqsədəuyğundur”.