14:40
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliyinə doğru Birləşmiş Ştatlar raketləri ilə zərbələrə icazə verməsi müharibənin miqyasını genişləndirə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz bu qərarı nə düzgün hesab edirik, nə də təsdiqləyirik. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri bunun daha çox silah, qan və göz yaşı ilə yox, sülh səyləri, xoşməramlılıq və diplomatiya ilə bitə biləcəyini düşünürük. İndi müharibəni alovlandırmaq və heç vaxt bitməməsini, hətta yayılmasını təmin etmək üçün bir həmlə kimi şərh edilə bilən bir addım cənab Baydendən gəldi.

Onun bu addımı nəinki münaqişəni gərginləşdirəcək, həm də Rusiyanın daha böyük reaksiyasına səbəb olacaq. Cənab Putin ölkəsinin ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə nüvə silahı ilə cavab verməyə imkan verən doktrinanı da təsdiqləyib. Bütün bunlar region və dünyanı yeni və böyük müharibənin astanasına gətirə bilər. “Məndən sonra tufan qopsun” anlayışı ilə heç yerə gedə bilməzsən”, - Türkiyə lideri vurğulayıb.

Prezident Ərdoğan Kiyev və Moskvadan gözləntilərini də açıqlayıb:

“Bizim gözləntimiz və arzumuz odur ki, Ukrayna və Rusiya təxribatlara boyun əymədən, sakitliyi qoruyub saxlasınlar, sülhə diqqət etsinlər. Bu böyük səhvin əsasında yaradılan zəmində ən kiçik səhv və təxribatlara qapılmaq barıt çəlləyinə od atmaq kimi olacaq. Ona görə də hər kəsə diqqətli olmağı tövsiyə edirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər