16:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb:

"Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən vurulub", - paylaşımda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər