COP29-da danışıqlar indiyə qədər asan olmayıb. Qlobal birlik olaraq daha sıx əməkdaşlıq etməyimiz daha vacibdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok sosial şəbəkə hesabında yazıb.
“Biz Bakıda bütün qitələrdə iqlim koalisiyasının yaradılması üzərində işləyirik. Yalnız birlikdə biz irəli gedə bilərik”, - nazir bildirib.