14:19
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın nüvə doktrinasının yenilənməsi döyüş meydanında onun silahlı qüvvələri üzərində qələbə ehtimalını istisna edir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin səsləndirib.

Qurum rəhbəri bildirib ki, Prezident Vladimir Putinin Rusiyanın nüvə doktrinasına dəyişikliklərlə bağlı qərarı Qərb tərəfindən ehtiyatla qarşılanıb:

“Anlayırlar ki, Putinin elan etdiyi düzəlişlər ABŞ və NATO-nun ölkəmizə “strateji məğlubiyyət” yaşatmaq səylərini böyük ölçüdə dəyərdən salır və nüvə silahından istifadə üçün əsaslar siyahısının genişləndirilməsi döyüş meydanında Rusiya Silahlı Qüvvələri üzərində qələbənin mümkünlüyünü istisna edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər