Arpin Sərkisyan Ermənistanın daxili işlər naziri təyin edilib.
Teleqraf.com xəbər verir ki, təyinat Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın sərəncamı ilə baş tutub.
Sərkisyan Baş nazir Nikol Paşinyanın tövsiyəsi əsasında bu vəzifəyə gətirilib. O, bu postda noyabrın 18-də istefa vermiş Vahe Qazaryanı əvəzləyib.
Otuz yaşlı Arpin Sərkisyan bundan əvvəl daxili işlər nazirinin müavini postunu tutub.