12:27
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Somalidə yerləşən və beynəlxalq aləmdə tanınmayan Somaliland Respublikasını suveren dövlət olaraq tanıya bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş müdafiə naziri Qavin Uilyamson deyib.

“Onlar (Somalilend nümayəndələri) buna razılaşmalıdırlar. Ancaq o, vəzifəyə başladıqda, bu, ehtimal ki, biz ümid etdiyimizdən bir az daha uzun vaxt aparacaq”, - deyə sabiq nazir bildirib.

Qeyd edək ki, Somalilend 1991-ci ildə Somalidən ayrılaraq müstəqilliyini elan etmiş, özünü idarə edən bir bölgədir, amma beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmır.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər