Rusiya lideri Vladimir Putindən çox şey asılıdır, o, bu müharibəni dayandıra bilər. Amma bu, daha çox ABŞ-dan asılıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun fikrincə, diplomatiya müharibəni dayandırmaq üçün yeganə yoldur və ABŞ Prezidenti Donald Tramp Putini sülhə məcbur edəcəyinə əmindir.
“Bu, asan olmayacaq, amma düşünürəm ki, əgər Birləşmiş Ştatların bütün imkanları istifadə olunsa, bəli, o, bunu bacarar. Çünki o, Putindən çox güclüdür. Birləşmiş Ştatlar və iqtisadiyyatı güclüdür. ABŞ çox böyük təsirə malikdir”.