21 Noyabr 19:45
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasını imzalayan ölkələrin bu minalardan istifadəsi yol verilməzdir. Ukraynanın 2005-ci ildə həmin konvensiyanı ratifikasiya edib".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ( OHCHR ) rəsmi nümayəndəsi Elizabet Trossel deyib.

O vurğulayıb ki, piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi ilə bağlı 1997-ci il Konvensiyasına əsasən ölkələrin öhdəlikləri tamamilə aydındır.

"Hər bir iştirakçı dövlət heç vaxt, heç bir halda, piyada əleyhinə minalardan istifadə etməməyi öhdəsinə götürüb" Trossel deyib.

O, əlavə edib ki, Ottava Konvensiyasının müddəalarına uyğun olaraq, piyada əleyhinə minaların mülki şəxslər üçün yaratdığı təhlükə səbəbindən heç bir tərəf istifadə etməməlidir.


Müəllif: Arzu

Oxşar xəbərlər