10:58
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidentinin seçiləcəyi tarixi parlament sabah — noyabrın 26-da açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dövlət başçısının seçkiləri və inauqurasiyası bu il keçirilməlidir.

“Biz beş il müddətinə prezident seçməliyik. Prezidentin beşillik müddətə seçilməsi üçün seçkilərin və andiçmə mərasiminin bu il baş tutması vacibdir”, - parlament sədri deyib.
Qeyd edək ki, qonşu ölkədə prezidenti ilk dəfə xalq deyil, seçicilər kollegiyası seçəcək. 300 nəfərlik kollegiyanı Mərkəzi Seçki Komissiyası formalaşdıracaq.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər