“2025-ci ildə büdcənin əsasını əhalinin sosial müdafiəsinin təşkili üçün xərclər təşkil edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
O qeyd edib ki, dövlət büdcəsi xərclərinin 41 faizini sosial paket təşkil edəcək:
“Gələn il sosial tədbirlər paketi həyata keçiriləcək. Sosial paket 3 milyon insanı əhatə edəcək”