13:16
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dini lideri Əli Xameneyi Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, İran lideri İsrail liderləri üçün həbs qərarı yox, edam hökmü verilməli olduğunu deyib.

Xameneyi İsrailin Qəzza və Livanda qalib gəlməyəcəyini iddia edib:

“Qəzza və Livanda insanların evlərini bombalamaq qələbə deyil. Düşünməsinlər ki, insanların evləri, xəstəxanaları və yaşayış yerlərini bombaladıqları üçün qalib gəliblər. Xeyr, heç kim bunu qələbə hesab etmir.

Sionistlərin (İsrail) etdikləri müharibə cinayətidir. Amma onlar həbs qərarı verdilər, bu, kifayət deyil, Netanyahu üçün ölüm hökmü verilməlidir. Bu cinayətkar liderlərə ölüm hökmü verilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər