13:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üzrə öhdəliklərinə həm ikitərəfli formatda, həm də KTMT vasitəsilə sadiqdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

“Ermənistanın təhlükəsizliyinin təmin olunması məsələlərindən danışarkən, biz o mövqeyimizdə qalırıq ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli formada, o cümlədən KTMT çərçivəsində müttəfiqlik əməkdaşlığı mövcuddur. Rusiya həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində Ermənistanın təhlükəsizliyinə dair öz öhdəliklərinə sadiqdir”, - deyə səfir vurğulayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər