ABŞ-ın yeni prezident Donald Trampın Ukrayna ilə bağlı sülh planı açıqlandıqda, orada sülhməramlıların yerləşdirilməsi ideyasına yer veriləcək və xüsusi olaraq vurğulanacaq ki, bu sülhməramlılar Avropadan olmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə RBK telekanalı Ukraynanın hərbi-siyasi administrasiyasına istinadla məlumat yayıb.
Rəsmi mənbə kanala bildirib ki, bu, Trampın “Avropanın təhlükəsizliyi avropalıların öz işidir” konsepsiyasına uyğundur:
“Ukraynada bu ideyaya münasibət hələlik olduqca ehtiyatlıdır. Çünki sülhməramlıların yerləşdirilməsi münaqişənin qeyri-müəyyən müddətə dondurulması deməkdir ki, bu da Ukrayna üçün qəbuledilməzdir”.