12:46
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyası prezident Vudro Vilsondan bəri Amerikada ən ermənipərəst administrasiya olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Trampın təmsil olunduğu Respublikaçılar Partiyasının tərəfdarı, keşiş Joel Tenni deyib.

Tenni ABŞ-ın gələcək administrasiyasının Ermənistanı müdafiə edəcəyini, Azərbaycan və Türkiyəyə qarşı sərt mövqe tutacağını iddia edib. Təxribatçı din adamı Bakı və Ankaraya qarşı provokativ fikrə də yer verib.

Keşiş Ayova ştatının qubernatoru Kim Reynoldsun 24 aprel 2024-cü il tarixini “Ermənistan haqqında Məlumatlandırma Günü” elan edən bəyannaməsini xatırladıb.

Sitat: "Mən, Ayova ştatının qubernatoru Kim Reynolds 24 aprel 2024-cü il tarixini Ermənistan haqqında Məlumatlandırma Günü elan edirəm”.

Xatırladaq ki, ABŞ-dakı erməni diasporuna yaxınlığı ilə seçilən Tenni Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyi ilə tanınır. Bir dəfə ölkələrimizə qarşı çıxış edərkən, bu nifrətini “Ermənistan həyatımın ən böyük sevgisidir” şəklində ifadə eləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər