İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Palmira şəhərini yerlə yeksan edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular İraqın Ənbar vilayətindә isə təxminən 400 uşağı oğurlayıblar. Onların aparıldığı yer ilə bağlı heç bir məlumat verilmir.
Azyaşlıların terror hücumlarında istifadə ediləcəyi təhlükəsi səbəbindən İraq Müdafiə Nazirliyi ABŞ-dan İŞİD-ə qarşı aviahücumları artırmağı istəyib.
Samir