İraqın Baş naziri Heydər İbadi sərhəd nəzarəti 3 gün ərzində İraqa verilməyəcəyi təqdirdə Kürd Regional Hakimiyyətinin bütün beynəlxalq uçuşlarını dayandıracağını açıqlayıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, İbadi keçirdiyi mətbuat konfransında referendumun bütün İraqa və kürd muxtariyyətinə təsirlərinin olacağını deyib.
"Bu birtərəfli addımdır. Onlar beynəlxalq iradəni dinləmədilər. İraqın birliyinin pozulmasına əsla icazə verməyəcəyik. Referendumun nətuicəsi ilə bağlı müzakirə aparmayacağıq. Mərkəzi hakimiyyətin bütün qərarları hər yerdə yerinə yetiriləcək. Bütün quru və hava sərhədləri mərkəzi hakimiyyətin nəzarətində olacaq", - İbadi əlavə edib.