Bakının Sabunçu rayonunda restoranda quldurluq olub.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə martın 6-da Ramana qəsəbəsi ərazisində yerləşən restoranların birində bir nəfərin qəsəbə sakini A.Zakirovu bıçaqla hədələyib mobil telefonunu talaması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.İmanov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.