23 Oktyabr 2023 11:16
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Abşeron rayon sakini Xəyal Abasov idarə etdiyi “Subaru Forester” markalı avtomobildə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 6 kiloqramdan artıq marixuana aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitəni satışını təşkil etmək üçün İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Məhkəmənin qərarı ilə Xəyal Abasov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı Masallı rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov