18 İyun 2023 16:56
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı milyarder Roman Abramoviç Londonun “Çelsi” klubunun satışından əldə olunan pulu Ukrayna hökumətinə verməkdən imtina edib.

Teleqraf.com Rusiya KİV-nə istinadla xəbər verir ki, ötən il Abramoviç London klubunun amerikalı biznesmen Todd Bouliyə satışından 2,3 milyard avro əldə edib. Britaniya Xarici İşlər Nazirliyi vəsaitlərin Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına köçürülməsini tələb edib.

Abramoviç özü pulun Rusiya ilə Ukrayna arasında bölüşdürülməsini istəyir. O, vəsaitin bir hissəsini münaqişə nəticəsində zərər çəkən ruslara göndərmək istəyir.

Abramoviç "Çelsi"ni 2003-cü ildə 140 milyon funta alıb. O vaxtdan bəri London klubu beş dəfə Premyer Liqanın qalibi, iki dəfə Çempionlar Liqası və Avropa Liqasının, beş dəfə İngiltərə Kubokunun, üç dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər